Reklam resmi
Reklam resmi

Türkiyəli müğənni Haluk Levent saxlanılıb 

Türkiyəli müğənni Haluk Levent saxlanılıb 
Hadisə

İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində qurumun sədri, tanınmış müğənni Haluk Levent barəsində saxlanılma (gözaltı) qərarı verilib.

Ajans.az  xəbər verir ki, rəsmi qurumlar hələlik istintaqın mahiyyəti və irəli sürülən ittihamlarla bağlı ətraflı açıqlama verməyib.
Bildirilib ki, istintaq davam edir. Hadisə ilə bağlı əlavə məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, yerli KİV-in yaydığı məlumata görə, Haluk Leventə “Dərnəklər haqqında qanunu pozma”, “Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma” və “Cinayətkar təşkilata üzvlük” maddələri üzrə ittihamlar irəli sürülüb. Həmçinin Ahbap Dərnəyinin 6 fevral zəlzələlərindən sonra topladığı təxminən 158 milyon dollarlıq ianə hesabına inşa edilməsi planlaşdırılan bəzi evlərin üç il keçməsinə baxmayaraq hələ də tamamlanmadığı iddia olunur.
Mövzular:
İstanbul Respublika Baş Prokurorluğu Ahbap Dərnəyi Haluk Levent

Digər Xəbərlər