Reklam resmi
Reklam resmi

Sərnişin avtobusu aşdı: 28 yaralı 

Sərnişin avtobusu aşdı: 28 yaralı 
Hadisə

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bak%C4%B1%20mar%C5%9Frutu" target="_blank">Zaqatala-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb. Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7-si Hacıqabul, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.

Qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.

Bundan başqa, Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.

Faktla bağlı araşdırma aparılır. \ Report

Mövzular:
Zaqatala-Bakı marşrutu Qəza Zaqatala Hacıqabul

Digər Xəbərlər