Reklam resmi
Reklam resmi

İrəvanda atışma oldu, yaralılar var

İrəvanda atışma oldu, yaralılar var
Dünya

İrəvanda atışma baş verib.

Ajans.az xəbər verir ki, hadisə Vaqarşyan küçəsindəki (Arabkir rayonunda) həyətdə qeydə alınıb.

Silah səslərindən əlavə, bir "Mercedes", bir "Jeep" və bir "Opel" toqquşub. Hadisə yerində bir neçə zədələnmiş nəqliyyat vasitəsi, eləcə də qan izləri aşkar edilib.

Çağırışa polis və iki təcili yardım briqadası cəlb edilib. İki yaralı xəstəxanaya yerləşdirilib.

""Hyundai"də güllə yarası aşkar edilib. Bu nəqliyyat vasitəsinin hadisə ilə heç bir əlaqəsi yoxdur. Sadəcə orada park edilib. Taxta balta sapı da tapılıb və orada qan izləri də var idi", - deyə açıqlamada bildirilir. 

Faktla bağlı araşdırma aparılır. /Unikal

Mövzular:
İrəvan atışma yaralılar

Digər Xəbərlər