Bakıda motosiklet qəzası - Ölən və yaralanan var
Bakının Xətai rayonunda ağır yol qəzası zamanı bir nəfər ölüb
Ajans.az xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.
2005-ci il təvəllüdlü Elşən Hüseynov idarə etdiyi motosikleti aşırıb. Qəza nəticəsində motosikletdə sərnişin olan Amil adlı şəxs hadisə yerində ölüb.
E.Hüseynov isə ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Mövzular: