Reklam resmi
Reklam resmi

Karapetyanın ev dustaqlığı 2 ay UZADILDI

Karapetyanın ev dustaqlığı 2 ay UZADILDI
Dünya

Ermənistanda iş adamı Samvel Karapetyanın ev dustaqlığı iki ay uzadılıb. 

Ajans.az xəbər verir ki, "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyana qarşı qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçirilib. 

Prokurorluq Samvel Karapetyanın ev dustaqlığının üç ay uzadılmasını istəsə də, məhkəmə ev dustaqlığının müddətini iki ay uzatmaq qərarına gəlib. 

Hakim həmçinin elan edib ki, ev dustaqlığı müddətində Samvel Karapetyana cinayət prosesi çərçivəsində əvvəlki qərarlarda məlumatları qeyd edilən şəxslərlə əlaqə saxlamaq qadağandır, digər şəxslərlə isə əlaqə saxlamağa icazə verilir.

Mövzular:
Samvel Karapetyan ev dustaqlığı məhkəmə

Digər Xəbərlər