Əraqçi və Munir arasında telefon danışığı oldu
İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir söhbət zamanı bölgədəki son hadisələri müzakirə ediblər.
Ajans.az xəbər verir ki, Munir ABŞ-nin İran ərazisinə endirdiyi zərbələri pisləyib.
Əraqçi isə öz növbəsində İran xalqının ölkənin suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq əzmini və iradəsini vurğulayıb.
Mövzular: