İranda Əli Xameneinin dəfn mərasimi başlayıb
İranın Məşhəd şəhərində ölkənin Ali Rəhbəri Əli Xameneinin dəfn mərasiminə start verilib.
Ajans.az xəbər verir ki,bir neçə kilometr uzunluğunda olan dəfn yürüşü İmam Rza ziyarətgahına doğru hərəkət edir.
Gecə saatlarından etibarən ziyarətgaha gələn minlərlə insan mərasimin başlanmasını gözləyib. Onların bir qismi Məşhədin mərkəzi meydanını tərk etməyərək ziyarətgahın yaxınlığında müvəqqəti istirahət yerləri qurub.
Xameneinin cənazəsini müşayiət edən yürüş şəhərin əsas küçələrindən biri olan İmam Rza prospekti ilə dəfn yerinə doğru irəliləyir.
Havanın yüksək temperaturu səbəbindən yürüş marşrutu boyunca iştirakçıların sərinləməsi üçün su çiləyici qurğular quraşdırılıb.
Mərasimi işıqlandırmaq üçün müxtəlif ölkələrdən, o cümlədən Qərb dövlətlərindən yüzlərlə jurnalist Məşhədə gəlib. Hakimiyyət orqanları media nümayəndələrinin rahat və keyfiyyətli çəkiliş aparması üçün bir neçə otelin damında xüsusi platformalar yaradıb.