Bu ölkədə benzinə görə sərhəd nəzarətini GÜCLƏNDİRİLDİ
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkədən yanacaq məhsullarının qanunsuz ixracının qarşısını almaq məqsədilə dövlət sərhədi boyunca 59 polis postu yaradıb.
Ajans.az xəbər verir ki, ilin əvvəlindən etibarən avtomobillərdə qanunsuz quraşdırılmış əlavə yanacaq çənlərindən istifadə edən 255 nəqliyyat vasitəsi aşkarlanıb. Qayda pozuntusuna yol verən şəxslərin hamısı inzibati məsuliyyətə cəlb edilib.
Cərimələnənlər arasında 195 xarici ölkə vətəndaşı və 60 Qazaxıstan vətəndaşı var.
Daxili İşlər Nazirliyi bildirib ki, gücləndirilmiş nəzarət ölkədən yanacaq və sürtkü materiallarının qanunsuz çıxarılmasının qarşısını almağa yönəlib.
Bundan əvvəl Qazaxıstanın energetika nazirinin müavini Kayırxan Tutkışbayev də yanacaq ixracı ilə bağlı sərhəd nəzarətinin gücləndirildiyini açıqlamışdı.
Mövzular: