Toyda 50 nəfər qidadan ZƏHƏRLƏNDİ-Bu ölkədə
Türkiyənin Çorum vilayətinin eyniadlı şəhərində onlarla insan qidadan zəhərlənib.
Bu barədə Ajans.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, hadisə şəhər mərkəzindəki bir toy mərasimində baş verib. Mərasimdə iştirak edən çoxsaylı qonaqlar qidadan xəstələniblər. Ürəkbulanma, qusma və qarın ağrısı əlamətlərinin müşahidə olunduğu qonaqlar xəstəxanalara çatdırılıblar.
Qeyd edilir ki, xəstəxanalara aralarında uşaqlar da olmaqla, ümumilikdə 50 nəfər müraciət edib.
Mövzular: