Reklam resmi
Reklam resmi

Monako partlayışının əsas şübhəlisi beynəlxalq axtarışa verilib

Monako partlayışının əsas şübhəlisi beynəlxalq axtarışa verilib
Dünya

Monakoda ukraynalı iş adamı Vadim Yermolayevə qarşı törədilən partlayışla əlaqədar şübhəli bilinən Ukrayna vətəndaşı beynəlxalq axtarışa verilib.

Ajans.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs Anastasiya Berezovskayadır. İnterpol xətti ilə onun barəsində beynəlxalq həbs qərarı çıxarılıb.

Xatırladaq ki, iyunun 29-u axşam saatlarında Monakonun Meulens meydanı yaxınlığında güclü partlayış baş verib. Knyazlığın dövlət naziri Kristof Mirman hadisə yerində quraşdırılmış partlayıcı qurğunun boltlar və metal qəlpələrlə doldurulduğunu bildirib.

Onun sözlərinə görə, bu, Monako tarixində qeydə alınan ilk belə terror xarakterli hadisədir.

İlkin məlumatlarda partlayış nəticəsində, o cümlədən iş adamı Vadim Yermolayev də daxil olmaqla üç nəfərin yaralandığı bildirilirdi. Lakin sonradan Kristof Mirman xəstəxanaya yerləşdirilənlərin sayının yeddi nəfərə çatdığını açıqlayıb.

Həkimlərin sözlərinə görə, yaralılardan birinin vəziyyəti xüsusilə ağırdır. Təsdiqlənməmiş məlumata əsasən, partlayış nəticəsində hər iki aşağı ətrafını itirən qadın Vadim Yermolayevin həyat yoldaşıdır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Monako İnterpol

Digər Xəbərlər