Müctəba Xamenei atasının dəfn mərasimində iştirak ETMƏYƏCƏK
İranın Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei təhlükəsizlik səbəbindən keçmiş Ali Lider Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.
Ajans.az xəbər verir ki, bu barədə Ali Liderin Hindistandakı nümayəndəsi Ayətullah Hakim Elahi India Today nəşrinə müsahibəsində bildirib.
Məlumata görə, qərarın təhlükəsizlik riskləri nəzərə alınaraq qəbul edildiyi qeyd olunur.
Xatırladaq ki, bir müddət əvvəl İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xameneinin mümkün hədəflər siyahısına daxil edildiyini bəyan etmişdi.
İranın xarici işlər naziri Abbas Araqçi isə ölkə rəhbərliyinə qarşı hər hansı təhdid və ya hücumun sərt cavablandırılacağını vurğulayıb.
Mövzular: