Reklam resmi
Reklam resmi

Bu ölkədə İLK: Videoya görə şəriət qanunları ilə CƏZALANDIRILDILAR

Dünya

İndoneziyanın Açeh əyalətində bir qadın TikTok-da canlı yayım zamanı "ədəbsiz davranış" nümayiş etdirdiyi iddiası ilə ictimai şəkildə şallaqlanan ilk şəxs olub.

Ajans.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Dini polis gənc cütlüyün canlı yayım zamanı öpüşməsini şəriət qanunlarının pozulması kimi qiymətləndirib. Cəza çoxsaylı insanların iştirakı ilə ictimai meydanda icra olunub.

Yerli KİV-lərin yaydığı görüntülərdə qadının diz çökdürülərək maskalı cəllad tərəfindən rotan çubuğu ilə dəfələrlə şallaqlandığı görünür. Bildirilir ki, o, cəzanın icrası zamanı huşunu itirib. Hadisə yerində olan tibb işçiləri dərhal ona yardım göstəriblər.

Müxtəlif mənbələrdə qadına 21 və ya 27 şallaq cəzası verildiyi qeyd olunur. Əyalət qanunlarına əsasən, məhkumun səhhəti imkan verdiyi halda cəza tam icra edilməlidir. Buna görə də huşunu itirməsi cəzanın dayandırılması üçün əsas hesab edilmir.

Qadının partnyoru da eyni ittihamla şallaq cəzasına məhkum olunub.

Banda Açeh Şəriət Polisinin rəhbəri Məhəmməd Rizal bildirib ki, bu hadisə şəriət qanunlarının rəqəmsal platformalarda yayımlanan məzmuna görə ilk dəfə tətbiq olunmasıdır.

Amnesty InternationalHuman Rights Watch da daxil olmaqla beynəlxalq insan haqları təşkilatları ictimai şallaqlamaları qeyri-insani və alçaldıcı cəza növü kimi qiymətləndirərək bu praktikanı dəfələrlə tənqid ediblər.

Hüquq müdafiəçilərinin fikrincə, bu cür cəzalar fiziki ağrı ilə yanaşı, insan ləyaqətini alçaltmaq və uzunmüddətli psixoloji travma yaratmaq məqsədi daşıyır. Buna baxmayaraq, Açeh əyalətində şəriət qanunları və ictimai şallaqlamalar yerli mühafizəkar əhalinin bir hissəsi tərəfindən dəstəklənməkdə davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Tik-Tok sosial media

Digər Xəbərlər