Reklam resmi
Reklam resmi

Venesuelada zəlzələ qurbanlarının sayı 2 595 nəfərə çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 2 595 nəfərə çatıb
Dünya

Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 2 595 nəfərə yüksəlib. 

Ajans.az xəbər verir ki, bu barədə cümə günü keçirilən mətbuat konfransında ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez məlumat verib.

"Bu günə olan məlumata görə, həlak olanların sayı 2 595 nəfərdir", – deyə Rodrigez bildirib.

Onun sözlərinə görə, itkin düşənlərin dəqiq sayı hələ müəyyənləşdirilməyib. Qeyri-rəsmi KİV-lərin məlumatına əsasən, hazırda təxminən 38 500 nəfərin taleyi naməlum olaraq qalır.

Delsi Rodrigez hökumətin zəlzələlərin yaratdığı fəsadlara gec reaksiya verdiyi barədə iddiaları da rədd edib.

"Ölkəmizdə seysmik hadisələrin baş vermə ehtimalını bilirdik. Lakin bu miqyasda təbii fəlakəti heç kim təsəvvür edə bilməzdi", – deyə o qeyd edib.

Rodrigez əlavə edib ki, axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.

"Hələ də dağıntılar altında sağ qalan insanların tapılacağına ümid edirik", – deyə o vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela zəlzələ

Digər Xəbərlər