Reklam resmi
Reklam resmi

Bu gün üçün vacib məsləhətlər-ULDUZ FALI

Bu gün üçün vacib məsləhətlər-ULDUZ FALI
Maraqlı

3 İyul – Gündəlik Bürclər Proqnozu.

Ajans.az günlük ulduz falını təqdim edir.

Qoç: Üzərinizə götürdüyünüz öhdəliklərə məsuliyyətlə yanaşın. Səhlənkarlıq nüfuzunuza mənfi təsir göstərə bilər. Hər deyilən sözə əsəbiləşməyin və doğmalarınızla əlaqə saxlamağı unutmayın.

Buğa: Bu gündən qeyri-adi hadisələr gözləməyin. Ciddi planlarınızı daha uyğun vaxta saxlayın. Maddi məsələlərdə uğur qazanmaq üçün xüsusilə 15:00–17:00 saatları əlverişlidir.

Əkizlər: Ziddiyyətli fikirləriniz münasibətlərinizə təsir edə bilər. Bu gün obyektiv olmağa və işlərinizə vicdanla yanaşmağa çalışın.

Xərçəng: Qarşıdakı on gün üçün nəzərdə tutduğunuz işlərə bu gündən başlayın. Lazım gələrsə, etibarlı tərəfdaşların köməyindən yararlanın. Günəş şüalarından qorunun.

Şir: Həmkarlarınızla münasibətlərinizi qorumaq üçün onların haqlı mövqeyinə hörmətlə yanaşın. Vəzifələrinizi məsuliyyətlə yerinə yetirin. Dəniz və ya səyahət üçün əlverişli gündür.

Qız: Dost və qohumlarla münasibətləri korlamamağa çalışın. Hər məsələyə obyektiv yanaşın. Uğur qazanmaq üçün balanslı davranın və istirahətə də vaxt ayırın.

Tərəzi: Hadisələrin gedişi sizi qane edəcək. Xırdaçılıqdan, dedi-qodudan və qeybətdən uzaq dursanız, həm işdə, həm də münasibətlərdə hər şey qaydasında olacaq.

Əqrəb: Gün ümumilikdə uğurlu görünür. Sadəcə doğru zamanı dəyərləndirməyi bacarın. Yay istirahətinə başlamaq üçün münasib gündür. Maddi imkanınız varsa, planlarınızı həyata keçirin.

Oxatan: Təxminən 17:00-a qədər yalnız gündəlik işlərlə məşğul olun. Risklərdən uzaq durun və sağlamlığınıza diqqət yetirin. 

Oğlaq: Gələcək planlarınızı həyata keçirmək üçün təcrübəli insanlarla məsləhətləşin. Ədalətli olmağa çalışın. Lazım gəldikdə müəyyən risklər də faydalı ola bilər.

Dolça: Qarşınızda duran vəzifələri məsuliyyətlə yerinə yetirsəniz, günün nəticələrindən razı qalacaqsınız. Şəxsi büdcənizi artırmaq üçün fəal olun. Uzaq səfərlərə çıxmaq məsləhət görülmür.

Balıqlar: Ünsiyyətdə səbirli olun ki, gün ərzində əhvalınız yüksək qalsın. Maliyyə sövdələşmələrindən uzaq durun. İşlə bağlı vəziyyətiniz sabit və normal olacaq.

Mövzular:
ulduz falı bürclər astroloqlar

Digər Xəbərlər