İsrail ordusunun hücumu nəticəsində futbolçu HƏLAK OLDU
Dünya
Fələstinli qapıçı Səlim Əl-Əşqar bu həftənin əvvəlində Qəzza zolağında İsrail ordusunun həyata keçirdiyi hücum nəticəsində həlak olub.
Ajans.az Fələstin Futbol Assosiasiyasına istinadən xəbər verir ki, Əl-Əşqar 2023-cü ilin oktyabrında Qəzza zolağında müharibənin başlamasından bəri həyatını itirən yüzlərlə fələstinli idman xadimindən biridir.
Assosiasiyanın bildirdiyinə görə, münaqişə başlayandan bəri həlak olan idmançıların sayı 1000-i ötüb.
FFA beynəlxalq idman ictimaiyyətini fələstinli idmançıların təhlükəsizliyinin təmin olunması və münaqişənin idman sahəsinə təsirlərinə diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində mülki infrastrukturla yanaşı, idman obyektləri də ciddi ziyan görüb.