Avropanın ən yüksək aktiv vulkanı OYANDI
Avropanın ən yüksək aktiv vulkanı olan Etna yenidən püskürməyə başlayıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Siciliya adasında yerləşən vulkanda püskürmə nəticəsində təxminən 3 min metr yüksəklikdə yaranmış yeni dəlikdən isti lava axınları müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, hazırda püskürmə ətraf yaşayış məntəqələri üçün təhlükə yaratmır. Bununla belə, vulkanın aktivliyi daim nəzarətdə saxlanılır.
Hakimiyyət orqanları əhali üçün hər hansı bir təhlükənin olmadığını bildiriblər. Alimlər isə Etna vulkanındakı prosesləri diqqətlə izləməyə davam edirlər.
Mövzular: