Reklam resmi
Reklam resmi

Türkiyədə çimərlikdə başlayan güclü yanğın meşəyə YAYILDI

Türkiyədə çimərlikdə başlayan güclü yanğın meşəyə YAYILDI
Dünya

İstanbulun Büyükada adasında yerləşən çimərlik obyektlərindən birində baş verən yanğın güclü küləyin təsiri ilə qısa müddətdə meşəlik əraziyə yayılıb. Yanğının söndürülməsi üçün havadan və qurudan əməliyyat davam etdirilir. Hadisə nəticəsində tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya çatdırılıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yanğın hələlik naməlum səbəbdən Adalar rayonunun Nizam məhəlləsində, Güldalı küçəsində yerləşən Viranbağı çimərliyinin restoran hissəsində başlayıb. Alovlar qısa müddətdə genişlənərək çimərliyin arxasındakı meşəlik əraziyə keçib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları və Meşə Təsərrüfatı Baş İdarəsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər alovun qarşısını almaqla yanaşı, ərazidə qalan insanları da təxliyə ediblər.

Tüstüdən zəhərləndiyi müəyyən edilən 4 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra onlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə yanğın İstanbul

Digər Xəbərlər