Ana səhifə / Hadisə / Xətaidə DƏHŞƏTLİ YANĞIN Xətaidə DƏHŞƏTLİ YANĞIN Hadisə 08-06-2025 - 03:29 Bakının Xətai rayonunda bir-birinə bitişik obyektlərdə yanğın baş verib. Ajans.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb. Dərhal əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğın hündürmərtəbəli yaşayış binasına bitişik obyektlərdə qeydə alınıb. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.