Reklam resmi
Reklam resmi

Bu ölkədə tarixi zavod cəmi 1 avroya SATILIR

Bu ölkədə tarixi zavod cəmi 1 avroya SATILIR
Dünya

Almaniyada 19-cu əsrə aid tarixi sənaye kompleksi cəmi 1 avro başlanğıc qiymətlə satışa çıxarılıb.

Ajans.az Bild qəzetinə istinadən xəbər verir ki, hərraca çıxarılan iri zavod ərazisi Saksoniya-Anhalt əyalətində, Maqdeburqun şimalında yerləşən Tangerhütte şəhərində yerləşir. Burada 1842-ci ildə dəmir filizi yataqları aşkar edildikdən sonra zavod tikilib və qısa müddətdə kənd qlobal sənaye mərkəzinə çevrilib.

XIX əsrin sonlarında Tangerhütte şəhərinin 1500-dən çox sakini Almaniyanın iqtisadi yüksəlişi dövründə böyük tələbat olan küçə lampaları, spiral pilləkənlər, vannalar və hətta çay pavilyonları istehsal edirdi. Zavodun məhsulları Yaponiya, Misir və Argentina da daxil olmaqla bir çox ölkəyə ixrac olunurdu və müəssisə dünya miqyasında tanınırdı.

Lakin Almaniya Demokratik Respublikasının (ADR) süqutundan sonra zavod fəaliyyətini dayandırıb və zamanla tərk edilmiş xarabalığa çevrilib.

Şəhər rəhbərliyi ərazinin yeni sahibini tapmaq məqsədilə minimum satış qiymətini cəmi 1 avro müəyyən edib. Müraciətlər sentyabrın 30-dək qəbul olunacaq.

Satış şərtlərinə əsasən, yeni sahib tarixi memarlıq abidəsi statusu daşıyan fasadların möhkəmləndirilməsi və onların uzunmüddətli qorunması üçün təxirəsalınmaz tədbirlər görməyi öhdəsinə götürməlidir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya

Digər Xəbərlər