Reklam resmi
Reklam resmi

Fidan İran-ABŞ danışıqlarını müzakirə edib

Fidan İran-ABŞ danışıqlarını müzakirə edib
Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər və Pakistanın yüksək vəzifəli rəsmiləri ilə telefon danışığı apararaq İran və ABŞ arasında keçirilən danışıqlar ətrafında fikir mübadiləsi aparıb.

Ajans.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani, eləcə də Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə telefon danışığı keçirib.

Bildirilib ki, tərəflər söhbət zamanı İranABŞ arasında aparılan danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Mövzular:
İran ABŞ danışıqlar müzakirə

Digər Xəbərlər