Reklam resmi
Reklam resmi

Türkiyədə dəhşətli qətl: Partiya rəsmisi və oğlu ÖLDÜRÜLDÜ

Türkiyədə dəhşətli qətl: Partiya rəsmisi və oğlu ÖLDÜRÜLDÜ
Dünya

Türkiyədə qəbiristanlıqda baş verən silahlı hücum nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon təşkilatının üzvü Mehmet Direk, oğlu Ercan Direk və qardaşı oğlu Əbubəkir Direk həlak olublar.

Ajans.az Türkiyə mediasın istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Batman vilayətinin Güneykent rayonunda baş verib.

Haber Global-ın məlumatına görə, naməlum şəxs və ya şəxslər qəbiristanlıqda olan üç nəfərə atəş açıblar. Güllə yaraları alan şəxslər hadisə yerində həyatlarını itiriblər.

Hadisədən sonra polis ərazini mühasirəyə alaraq giriş və çıxışlara nəzarəti gücləndirib. Hücumu törədən şəxslərin kimliyi və hadisənin motivi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarının görüntülərini araşdırır, şübhəlilərin qaçış marşrutunu müəyyən etmək üçün texniki və əməliyyat-istintaq tədbirləri həyata keçirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Ədalət və İnkişaf Partiyas

Digər Xəbərlər