Reklam resmi
Reklam resmi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq
Cəmiyyət

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 27-də aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.

"Azərişıq" ASC-dən Ajans.az-a verilən məlumata görə, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində saat 09:00-dan 11:00-ddək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Hövsan qəsəbəsində saat 10:00-dan 15:00-dək Oqtay Şabanov küçəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Mövzular:
Bakı ərazi Elektrik

Digər Xəbərlər