Rusiya benzin ixracına qoyulan qadağanı uzadacaq
Rusiyadan benzin ixracına qoyulan qadağa 2026-cı ilin sonuna qədər uzadılacaq.
Ajans.az xəbər verir ki, bunu Baş nazirin müavini Aleksandr Novak bildirib.
"Benzin ixracına qoyulan qadağa ilə bağlı olaraq, qərargahda həm istehsalçılar, həm də qeyri-istehsalçılar üçün onun müddətinin uzadılması barədə qərar qəbul etdik", - deyə o bildirib və əlavə edib ki, eyni zamanda, dizel ixracına qoyulan qadağa "bazarın bərpası dərəcəsinə uyğun olaraq" qaldırılacaq ki, neft emalı zavodları həddindən artıq təklif və emal həcmlərinin azalması səbəbindən çətinliklərlə üzləşməsinlər.
Mövzular: