Sumqayıtda müəmmalı ÖLÜM: meyit aşkarlandı
Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb.
Ajans.az xəbər verir ki, şəhərin 41-ci məhəlləsində 1967-ci il təvəllüdlü Nemət Abdullayev Nəriman oğlunun meyiti aşkarlanıb.
Məlumata görə, onun bir neçə gün əvvəl həyatını itirdiyi ehtimal olunur. Meyitin aşkar edilməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilib.
Meyit müvafiq ekspertiza üçün təhvil verilib.
Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Mövzular: