Zəlzələlərin Venesuelaya vurduğu ziyan AÇIQLANDI
Dünya Bankı iyunun 24-də Venesuelada baş vermiş zəlzələlərdən dəyən zərəri 19,6 milyard ABŞ dolları məbləğində qiymətləndirib.
Ajans.az Dünya Bankının ilkin məruzəsinə istinadən xəbər verir ki, ümumi zərər həcminin təxminən yarısı mənzil fondunun payına düşüb.
Sənəddə qeyd olunub ki, dağıntıların miqyası iqtisadi artımı sürətləndirmək və fəlakətin sosial nəticələrini yumşaltmaq üçün ölkənin operativ şəkildə bərpa edilməsinin vacibliyini vurğulayır.
Qiymətləndirməyə görə, zərərin 47 %-i yaşayış binalarının, 27 %-i infrastruktur obyektlərinin, daha 26 %-i isə qeyri-yaşayış tikililərinin payına düşüb.
Mövzular: