HƏMAS-a yeni lider seçilib
Fələstinin radikal HƏMAS hərəkatı Xəlil əl-Həyyanı təşkilatın yeni lideri seçib.
Ajans.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, Xəlil əl-Həyya 2024-cü ilin oktyabrında Qəzza zolağında həlak olan HƏMAS-ın əvvəlki lideri Yəhya Sinvarın yerinə seçilib.
Bildirilib ki, əvvəllər hərəkatın sədr müavini vəzifəsində çalışan əl-Həyya təşkilat daxilində keçirilən səsvermənin ikinci turunda HƏMAS-ın keçmiş siyasi lideri Xalid Məşalı üstələyərək qalib gəlib.
Hələlik HƏMAS tərəfindən yeni rəhbərliyin fəaliyyəti ilə bağlı əlavə açıqlama verilməyib.
Mövzular: