Nərimanov metrostansiyasından istifadə edənlərin DİQQƏTİNƏ
Bu gündən metronun "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı müvəqqəti bağlanacaq.
Ajans.az xəbər verir ki. bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
"Paytaxtda həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 20 iyul tarixindən müvəqqəti bağlanacaq.
Təmir-bərpa işləri davam etdiyi müddətdə stansiyanın digər alternativ çıxışlarından və yaxınlıqdakı yerüstü piyada keçidlərindən istifadə etməyiniz xahiş olunur," - deyə qurumdan bildirilib.
Mövzular: