Elbrusda FACİƏ: Alpinist və oğlu yıxıldı, uşaq həlak oldu
Elbrus dağına qalxarkən alpinistlərin iştirakı ilə faciə baş verib.
Ajans.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, hadisə təxminən 4 min metr yüksəklikdə qeydə alınıb. Alpinistlər Elbrusun şərq zirvəsinə – 5 600 metr hündürlüyə doğru irəliləyərkən yıxılıblar.
İlkin məlumata əsasən, hadisə yerinə xilasedicilər göndərilib və zərərçəkənlərin təxliyəsi üçün əməliyyata başlanılıb.
Yenilənmiş məlumata görə, xilasedicilər yaralı atanı və onun həlak olmuş 11 yaşlı oğlunun cəsədini aşkar ediblər. Qaranlıq düşdüyü üçün təxliyə əməliyyatı dayandırılıb. Oğlanın cəsədi və yaralı ata hava şəraiti imkan verdikdən sonra vertolyotla dağdan endiriləcək.
Mövzular: