Reklam resmi
Reklam resmi

Argentinada Dünya Kubokunun finalından sonra İĞTİŞAŞLAR

Argentinada Dünya Kubokunun finalından sonra İĞTİŞAŞLAR
Dünya

2026-cı il Dünya Kubokunun finalında Argentina millisinin məğlubiyyətindən sonra paytaxt Buenos-Ayresdə kütləvi iğtişaşlar baş verib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisələr zamanı azı 15 nəfər saxlanılıb.

Bildirilib ki, final fitindən sonra minlərlə azarkeş komandaya dəstək nümayiş etdirmək üçün Obelisk abidəsinin qarşısına toplaşıb. Aksiya əvvəlcə dinc şəraitdə keçsə də, sonradan bəzi şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə butulkalar atmağa başlayıblar.

Toqquşmalar nəticəsində yeddi polis əməkdaşı xəsarət alıb. Məlumata görə, asayişi bərpa etmək məqsədilə polis zorakılıq törədən etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Xatırladaq ki, İspaniya millisi 2026-cı il Dünya Kubokunun finalında Argentinanı əlavə vaxtda vurulan yeganə qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
2026-cı il Dünya Kuboku Argentina

Digər Xəbərlər