Bu ölkədə təbii fəlakət: ÖLƏNLƏR VAR
Vyetnamın şimalında son bir həftə ərzində yağan güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı beş nəfər həlak olub, on nəfər yaralanıb. Daha üç nəfərin taleyi isə hələ də naməlum qalır.
Ajans.az Xinhua agentliyinə istinadən xəbər verir ki, bütün ölüm halları Lai Çau əyalətində qeydə alınıb.
Təbii fəlakət nəticəsində 427 ev tamamilə dağılıb və ya ciddi ziyan görüb. Yüksək riskli ərazilərdən təxminən 140 ailə təhlükəsiz bölgələrə təxliyə edilib.
İlkin hesablamalara əsasən, təbii fəlakətin vurduğu iqtisadi zərər 362,46 milyard Vyetnam donqu (təxminən 14,3 milyon ABŞ dolları) təşkil edir.
Hazırda yerli hakimiyyət orqanları fəlakətin vurduğu ziyanın tam miqyasını müəyyənləşdirmək üçün qiymətləndirmə işlərini davam etdirir.
Mövzular: