Türkiyədə HADİSƏ-26 nəfər...
Türkiyənin Adıyaman vilayətində zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri zamanı istifadə edilən pestisidlərdən zəhərləndiyi ehtimal olunan 26 nəfər xəstəxanaya yerləşdirilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə hava limanı yaxınlığındakı ərazidə baş verib. Kənd təsərrüfatı sahəsində çalışan 26 işçi pestisidlərdən təsirləndikdən sonra təcili tibbi yardım briqadaları tərəfindən ilkin yardım göstərilərək Adıyaman Təlim və Araşdırma Xəstəxanasına, eləcə də Kahta Dövlət Xəstəxanasına aparılıb.
Bildirilir ki, zərərçəkənlərin hamısının vəziyyəti qənaətbəxşdir.
Adıyaman valisi Abdullah Küçük xəstəxanalarda müalicə alan şəxslərə baş çəkərək onlara tezliklə sağalmalarını arzulayıb. O, həmçinin həkimlərdən zərərçəkənlərin sağlamlıq vəziyyəti ilə bağlı məlumat alıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: