Reklam resmi
Reklam resmi

Prezidentin saytı haker  HÜCUM-  Bu ölkədə

Prezidentin saytı haker  HÜCUM-  Bu ölkədə
Dünya

Keniya Prezidenti Uilyam Rutonun rəsmi internet saytı ötən gün baş vermiş haker hücumundan sonra yenidən işə düşüb.

Ajans.az  xəbər verir ki, hazırda dövlət başçısının rəsmi platforması aktivdir və orada administrasiyanın materialları yerləşdirilib.

Qeyd edək ki, iyulun 18-də kibercinayətkarlar sayta daxil olaraq onun ana səhifəsinə prezidentə ünvanlanmış mesajlar yerləşdirmişdilər.

Hakerlər 5 bitkoin (təxminən 320 min dollar) məbləğində fidyə tələb etmiş və imtina ediləcəyi təqdirdə bəzi məlumatları yayacaqları ilə hədələmişdilər. Lakin hücum anından bəri heç bir gizli məlumat ifşa olunmayıb.

Keniya hakimiyyəti hadisəni təsdiqləyərək araşdırma aparılması üçün sayta girişi müvəqqəti məhdudlaşdırmışdı.

Mövzular:
Keniya Uilyam Ruto rəsmi internet saytı haker hücumu

Digər Xəbərlər