Ağır vəziyyətdə xəstəxanaya gətirilən körpə vəfat etdi
Gəncədə 1 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, Gəncə Birləşmiş Uşaq Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Körpə Tərtər rayonundan ağır vəziyyətdə Gəncəyə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq bir yaşlı J. T.-nin həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. (bizim.media)
Mövzular: