"Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
Bakıda "Neftçi" və Belarusun "Dinamo" (Minsk) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 8, 12, 35 və 50 manatdır.
Biletləri klubun mobil tətbiqindən və ya bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə satış oyun günü saat 12:00-dan etibarən başlayacaq.
Mövzular: