Reklam resmi
Reklam resmi

Kimin ölüsü varsa, gətirib tullayır buraya

Kimin ölüsü varsa, gətirib tullayır buraya
Cəmiyyət
414

Goranboy rayonunun Dəliməmmədli şəhər sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək vağzal ərazisindəki antisanitar vəziyyətin işıqlandırılmasını istəyiblər.

Ajans.az xəbər verir ki, sakinlərin sözlərinə görə, dəmiryol stansiyasının ərazisində illərdir acınacaqlı vəziyyət hökm sürür.

"Buradan keçmək olmur. Ətrafdan kəskin iy gəlir. Hər yeri tualetə çeviriblər, tualetin qarşısı isə zibillikdir. Hətta ölü heyvanları da gətirib buraya atırlar", - sakinlərdən biri bildirib.

"Dəliməmmədliyə şəhər statusu verilib, amma ərazi natəmizlik içindədir. Burada it və pişik cəsədləri var. Bu yoldan bağçaya, kluba, məscidə gedirlər. İydən dayanmaq olmur. İllərdir belədir, baxan da, təmizləyən də yoxdur", - başqa bir sakin deyib.

Dəliməmmədli şəhər icra nümayəndəliyindən bildirilib ki, əraziyə baxış keçiriləcək və tullantılar qısa müddətdə təmizlənəcək.

Mövzular:
dəmiryol stansiyası Dəliməmmədli Goranboy

Digər Xəbərlər