Rusiya Zaporojyeyə zərbə endirdi: Ölənlər var
Rusiya hərbçiləri Zaporojyeyə üç idarə olunan hava bombası ilə zərbələr endiriblər.
Ajans.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında bildirib.
"İki nəfər həlak olub, daha bir nəfərin dağıntılar altında qalması ehtimalı var, dağıntılar və yanğınlar var - bunlar düşmənin Zaporojyeyə hücumunun nəticələridir", - deyə o qeyd edib.
Mövzular: