Netanyahu ABŞ səfərini təxirə saldı
İsrailin Baş naziri Binyamin Netanyahu gələn həftə ABŞ-a səfər etməyəcək.
Ajans.az xəbər verir ki, Netanyahu ayın sonuna qədər təxirə salınan ABŞ senatoru Lindsi Qrahamın dəfn mərasimində iştirak etməyi planlaşdırırdı.
Qraham İsrailin tərəfdarı və İranın əleyhdarı kimi tanınırdı.
İyulun 15-də adı açıqlanmayan bir İsrail rəsmisi Netanyahunun ABŞ-da olarkən Trampla görüşmək istədiyini, lakin görüşün baş tutub-tutmayacağı bəlli olmadığını bildirib.
Mövzular: