Reklam resmi
Reklam resmi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı
Cəmiyyət

Prezident İlham Əliyev 22 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edib.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, "Avtomobil nəqliyyatı haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək, eləcə də müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək İdarənin vəzifələrinə aid edilib.
Mövzular:
Şuşa Dövlət Qoruğu Fərman

Digər Xəbərlər