Ukraynanın itkiləri YENİLƏNDİ
Rusiya müharibənin 1600-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 179 525 PUA-sı, 665 zenit-raket kompleksi, 30 128 tank və digər zirehli texnikası, 1 756 reaktiv yaylım atəş sistemi, 35 735 artilleriya və minaatanı, 66 299 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mövzular: