Reklam resmi
Reklam resmi

Bəzi rayonlarında DOLU DÜŞƏCCƏK- Sabahın havası 

Bəzi rayonlarında DOLU DÜŞƏCCƏK- Sabahın havası 
Cəmiyyət

İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

 Milli Hidrometeorologiya Xidmətindən  Ajans.az-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28°, bəzi yerlərdə 32-35° isti olacaq.

Mövzular:
Milli Hidrometeorologiya Xidməti Hava şəraiti Sabahın havası Havanın temperaturu

Digər Xəbərlər