Reklam resmi
Reklam resmi

Rusiya Ukraynanın böyük şəhərini VURDU: ÖLƏN VAR

Rusiya Ukraynanın böyük şəhərini VURDU: ÖLƏN VAR
Hadisə

Rusiya ordusu iyulun 11-i səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbəsi endirib, nəticədə 2 nəfər ölüb, bir nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

"Odessaya endirilən raket zərbəsi nəticəsində, ilkin məlumata görə, təəssüf ki, iki nəfər ölüb. Daha bir nəfər - 24 yaşlı kişi qəlpə yarası alıb", – Oleq Kiper bildirib.

O bildirib ki, raket zərbəsi mülki infrastruktur obyektini hədəf alıb.

Hazırda hadisə yerində bütün aidiyyəti xidmətlər çalışır, yaralıya tibbi yardım göstərilir və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Mövzular:
Rusiya Ukrayna Odessa

Digər Xəbərlər