Reklam resmi
Reklam resmi

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ
Cəmiyyət

Eyni anda iki fərqli ərazidə sükan arxasında olmaq mümkün deyil. Amma, belə hallar var. Bu uyğunsuzluq bəzi taksi sürücülərinin qanunsuz fəaliyyətini üzə çıxarıb. 

Ajans.az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyi müəyyən edib ki, bəzi sürücülər imtahanda uğur qaqzandıqdan sonra iki müxtəlif taksi operatorunda qeydiyyatdan keçsələr də, sonradan həmin hesablardan birini başqa şəxsə istifadə üçün verirlər.

Nəticədə platforma rəsmi olaraq bir sürücünün adına olsa da, sifarişə başqa avtomobil və başqa şəxs gəlir. 

Əgər eyni sürücünün adına olan iki fərqli platformada eyni vaxtda müxtəlif ünvanlarda sifarişlərin icra edildiyi görünürsə, bu, hesabın başqa şəxs tərəfindən istifadə edildiyini göstərir.


Mövzular:
taksi hesab xəbərdarlıq sürücü

Digər Xəbərlər