ABŞ İrandan Hörmüzün açılmasını tələb edir
Vaşinqton administrasiyası İrandan Hörmüz boğazından keçən gəmilərin hərəkətinə mane olduğuna görə məsuliyyəti qəbul edən bir bəyanat istəyir.
Bu barədə Ajans.az Axios-a istinadən xəbər verir.
"Biz onların gəmilərə atəş açmağı dayandıracaqlarını açıq şəkildə bildirmələrini və birbaşa və ya ən azı dolayı yolla səhv etdiklərini etiraf etmələrini istəyirik. Hazırda bunun üzərində işləyirik. İranlıların boğazdakı bütün su yollarının açıq olacağını və keçid üçün heç bir ödəniş olmayacağını demələrini gözləyirik", - Axios-a ABŞ rəsmisi bildirib.
Mövzular: