Tramp və Meloni arasındakı gərginlikdən sonra İLK GÖRÜŞ
ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni Ankarada keçirilən NATO sammiti çərçivəsində ilk dəfə üz-üzə gəlib.
Ajans.az xəbər verir ki, iki liderin salamlaşması və qısa söhbəti sosial şəbəkələrdə və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Yayılan görüntülərdə Meloninin təmkinli davranışı diqqət çəkib.
Xatırladaq ki, son həftələrdə Tramp və Meloni arasında münasibətlər gərginləşmişdi. Fransada keçirilən G7 sammitindən sonra Tramp İtaliya Baş nazirinin onunla şəkil çəkdirməkdə israr etdiyini iddia etmişdi.
Meloni isə bu iddianı təkzib etmiş, bundan sonra tərəflər arasında qarşılıqlı tənqidi açıqlamalar səsləndirilmişdi.
Ankaradakı görüş onların son gərginlikdən sonra ilk üzbəüz təması kimi qiymətləndirilir.
Mövzular: