Azərbaycandan Rumıniyaya ixrac olunan neftin həcmi məlum oldu
Cari ilin yanvar-may aylarında Azərbaycanın Rumıniyaya neft ixracının həcmi açıqlanıb.
Ajans.az xəbər verir ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət gömrük statistikasına əsasən, yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində 461,3 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilib.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 129,3 milyon ABŞ dolları və ya 34,3 faiz, həcm baxımından isə 222,4 min ton və ya 32,5 faiz azdır.
Mövzular: