Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları artıb
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində dərc olunan məlumatda qeyd olunub.
Məlumata görə, 2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox təşkil edib.
Mövzular: