Reklam resmi
Reklam resmi

Alma Azərbaycana 37 Milyondan çox GƏLİR GƏTİRDİ

Alma Azərbaycana 37 Milyondan çox GƏLİR GƏTİRDİ
İqtisadiyyat

Bu ilin yanvar-may aylarında Azərbaycan 45 min 774 ton alma ixrac edib.

Ajans.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 37 milyon 77 min ABŞ dolları olub.

Hesabat dövründə alma ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Mələksəda Ziyad

Mövzular:
Alma İxrac İdxal

Digər Xəbərlər