HƏMAS Qəzzada hökumətini buraxdığını açıqlayıb
HƏMAS hərəkatı Qəzza zolağında fəaliyyət göstərən hökumətini buraxdığını elan edib.
Ajans.az xəbər verir ki, təşkilat hakimiyyətin BMT-nin dəstəyi ilə fəaliyyət göstərəcək texniki komitəyə təhvil verilməsinə hazırlaşır. Belə bir idarəetmə orqanının yaradılması İsraillə əldə olunan atəşkəs razılaşmasında nəzərdə tutulub.
Bununla yanaşı, HƏMAS-ın nəzarətində olan Qəzza administrasiyasının nümayəndəsi İsmayıl ət-Tavabta bildirib ki, anklavın normal idarə olunmasını təmin etmək üçün zəruri olan hökumət üzvləri hələlik fəaliyyətlərini davam etdirəcəklər.
Mövzular: