Reklam resmi
Reklam resmi

5500 metr yüksəklikdə FACİƏ: Alpinist HƏLAK OLDU

5500 metr yüksəklikdə FACİƏ: Alpinist HƏLAK OLDU
Dünya

Rusiyanın ən hündür zirvəsi olan Elbrus dağına qalxarkən bir alpinist 5 500 metr yüksəklikdə həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, alpinist yıxılaraq ölüb. Bildirilir ki, o, marşrutunu Rusiya Fövqəladə Hallar Nazirliyində qeydiyyatdan keçirməyib.

Hadisə şahidlərinin məlumatı əsasında xilasedicilər əraziyə cəlb olunublar. Məlumata görə, alpinist Elbrusun zirvəsinə çatmağa təxminən 150 metr qalmış faciə ilə üzləşib.

Xilasetmə əməliyyatına kanat yolunun işləməməsi çətinlik yaradır. Hadisənin dəqiq səbəbləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya alpinist Elbrus dağı

Digər Xəbərlər