Reklam resmi
Reklam resmi

Günəşdə 30-dan çox partlayış baş verib  

Günəşdə 30-dan çox partlayış baş verib  
Maraqlı, Dünya

 İyulun 5-də Günəşdə M və C siniflərindən olan 31 partlayış qeydə alınıb.

 Ajans.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"İyulun 5-də rentgen diapazonunda M sinfindən olan 12 partlayış (onlardan biri M5-dən böyük partlayışdır) və C sinfindən olan 19 partlayış qeydə alınıb", - deyə məlumatda bildirilib.

Daha əvvəl isə bildirilmişdi ki, iyulun 4-də Günəşdə 23 partlayış baş verib və onlardan biri ən yüksək X sinfindən olub.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Mövzular:
Günəş C sinfi partlayış

Digər Xəbərlər